525.Az

Türkiyənin İsrail qərarı


 

Türkiyənin İsrail qərarı<b style="color:red"></b>

İsrailin NATO fəaliyyətlərində iştirakına dair vetosunu qismən ləğv etməyə hazırlaşan Türkiyə eyni zamanda bu ölkə ilə bağlı mövqeyinin dəyişmədiyini vurğulayıb.

Diplomatik mənbələr NATO çərçivəsində İsraillə heç bir təlim keçirilməyəcəyini, Türkiyə və İsrail əsgərlərinin yan-yana olmayacağını bildiriblər.

Türkiyə "Mavi Mərmərə" basqınından bəri İsrailin NATO fəaliyyətlərində iştirakına veto qoyub. Bəzi ittifaq ölkələri də NATO-nun Balkanlar, Qafqaz kimi bölgələrdəki müttəfiqləri ilə birgə fəaliyyətlərinə veto qoyur. NATO-nun baş katibi Anders Foq Rasmussen buna ortaq formul tapıb. Bu formulla İsrailin NATO-nun "Aralıq dənizi dialoqu" çərçivəsindəki seminar-tədris fəaliyyətlərində iştirakı mümkün olacaq. Türkiyə İsrailin bu fəaliyyətlərdə iştirakına veto qoymayacaq. Digər NATO üzvləri də digər bölgələrə aid vetolarını geri çəkəcəklər.

Bu qərar ittifaqın 2013-cü il təqvimi üçün keçərlidir. Baş katibin tapdığı formula görə, NATO-nun İsraillə birgə təlimdə iştirakından söhbət getmir və Türkiyə ilə İsrail əsgərləri heç bir halda yan-yana gəlməyəcək. Türkiyənin İsraillə bağlı mövqeyinin dəyişmədiyini vurğulayan diplomatik mənbələr "şərtlərimiz məlumdur" deyirlər.

 TRT

 





24.12.2012    çap et  çap et