525.Az

İranın qadağası Türkiyədə keçmədi


 

İranın qadağası Türkiyədə keçmədi <b style="color:red"></b> Türkiyədə İranda əsərlərinə qadağa qoyulmuş Məhsa Mohebalinin kitabı dərc olunub.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Eşqi qeydlərdə yaşamaq” ("Aşkı dipnotlarda yaşamak") adlı kitab qısa hekayələrdən ibarətdir. İlk dəfə 2004-cü ildə yayımlanan kitab ölkənin ən nüfuzlu Huşeng Golşiri mükafatını qazanmışdı. Tələbat olduğundan kitab 3-cü nəşrə hazırlanarkən dövlət tərəfindən yasaq qoyulub və bu günə qədər də qadağa davam edir.

"Eşqi qeydlərdə yaşamaq” Müjgan Dolatabadinin türkcəyə tərcüməsində "Güldünya” Nəşriyyatında işıq üzü görüb.

Qeyd edək ki, Məhsa Mohebali 1972-ci ildə Tehranda doğulub. İranda məşhur olan yazıçı kitabında dünyanın fərqli ölkələrində belə olsa, qadın olmağın bir-birinə bənzər çətinliyindən yazır. Yazıçının özünəxas üslübu var. Əsərlərində daha çox qadın haqlarını qoruyur.
 





19.08.2015    çap et  çap et