525.Az

Azərbaycan səfiri Küveyt parlamentinin spikeri ilə görüşüb


 

Azərbaycan səfiri Küveyt parlamentinin spikeri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Küveyt Dövlətindəki səfiri Tural Rzayev dekabrın 14-də Küveyt Millət Məclisinin sədri Əli Fəhd Əl-Raşidlə görüşüb. Görüşdə səfir Millət Məclisinin sədri seçilməsi münasibətilə Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun təbriklərini Ə. Əl-Raşidə çatdırıb.

525.az-ın məlumatına görə, daha sonra Azərbaycanla Küveyt arasında hərtərəfli, həmçinin ölkə parlamentləri səviyyəsində əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyi, ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münasib şərait yaratdığı qeyd edilib.

Burada parlamentlərarası münasibətlərin inkişafında dostluq qruplarının da oynadığı rolu xüsusilə vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, həmçinin ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, neft strategiyası barədə geniş məlumat verən T. Rzayev ölkəmizin zəngin tarixi, mədəniyyəti, incəsənətindən danışıb.




Beynəlxalq problemlərin müzakirəsi zamanı hazırda dünyanın müxtəlif ölkələrində cərəyan edən siyasi böhran nəticəsində yaranmış qeyri-sabitlikdən söhbət açan səfir Azərbaycanda mövcud sabit siyasi, ictimai və iqtisadi durum məsələsinə bir daha toxunaraq, ölkəmizdə turizm imkanları, münasib investisiya mühitinin insanları özünə cəlb etdiyini vurğulayıb.

Sonra T.Rzayev ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, islam və digər tarixi abidələrimizin məhv edilməsi və yandırılması, məktəblərin, muzeylərin, xəstəxanaların dağıdılması, xalqımıza dəyən maddi və mənəvi zərərdən danışıb, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. O, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilinə tərcümə olunub nəşr edilmiş “Xocalı soyqırımı” kitabını, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 15-17 noyabr 2012-ci il tarixlərində Cibutidə keçirilmiş 39-cu Sessiyasının Xocalı faciəsinin soyqırım kimi tanınmasını təsbit edən sənədin surətini Millət Məclisinin sədrinə təqdim edib.




Ə. Əl-Raşid təbriklərə görə minnətdarlığını bildirərək, səmimi salamları və xoş arzularının AR Milli Məclisinin sədri O. Əsədova çatdırılmasını xahiş edib. Son illər ərzində Küveytdə cərəyan edən müəyyən siyasi qeyri-sabitlik nəticəsində ölkə parlamentinin bir-neçə dəfə buraxılması səbəbilə Azərbaycan Milli Məclisi sədrinin Küveytə səfərinin həyata keçirilmədiyindən təəssüfləndiyini qeyd edərək, öz adından O. Əsədova dəvət məktubunun ünvanlanacağını vəd edib.

Daha sonra yaxın günlərdə yeni seçilmiş Küveyt Milli Məclisində komissiyaların, həmçinin dostluq qruplarının yaradılacağını bildirib, Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə gəlincə, Küveyt parlamentinin spikeri ölkəsinin daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini bildirib. O, Xocalı soyqırımı zamanı ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən materialların onu çox təsirləndiyini vurğulayıb.

 





24.12.2012    çap et  çap et