525.Az

Milli Kitabxanada treninqlərin bağlanış mərasimi oldu


 

Milli Kitabxanada treninqlərin bağlanış mərasimi oldu<b style="color:red"></b>

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Milli Kitabxanada 10 günlük treninqlər təşkil edilir.

Fduecney 10-19-da Milli Kitabxananın Treninq mərkəzində keçirilən "Region kitabxanalarında informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində "ALİSA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21" treninqinin bağlanış mərasimi olub.

Tədbirdə Milli Kitabxananın direktoru , professor  Kərim Tahirov, direktor müavinləri Elçin Musayev, Ədibə İsmayılova, Milli Kitabxananın digər əməkdaşları, trenerləri, Ultra şirkətinin mütəxəssisi,  Qax, İmişli, Zərdab, Ağcadəbi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri iştirak ediblər.

Kitabxananın direktoru Kərim Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramının və MARC 21 formatının öyrənilməsinin və iş vərdişlərinin mənimsənilməsinin zəruriliyindən danışıb, treninqlərin səmərəli olması üçün Mili Kitabxananın və Ultra şirkətinin əməkdaşlarının ciddi çalışmasını qeyd edib. O, regionlardan treninqə qatılmış mütəxəssislərə yerlərdə dərhal işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb, bu proqramın Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kitabxanalarda tətbiqinin çox vacib və təxirəsalınmaz olduğunu bildirib.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar. 

Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

 





20.08.2015    çap et  çap et