525.Az

YAP: “2013-cü il Prezident seçkilərinə hazırlıq işlərinə start verilib”


 

YAP: “2013-cü il Prezident seçkilərinə hazırlıq işlərinə start verilib”<b style="color:red"></b>

“Baxmayaraq ki, qarşıdan gələn Prezident seçkilərinə təxminən 10 ay qalır, ancaq Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı hazırlıq işlərinə demək olar ki, start verib”.

525.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov dilə gətirib.YAP  icra katibinin qeyd etdiyinə görə, bu, artıq YAP-da formalaşmış bir ənənədir ki, seçkilər prosesinə bir neçə ay qalmış hazırlıq işlərinə start verilir:

“Biz də bu ənənəyə uyğun olaraq seçkilərə hazırlıq işlərinə start vermişik. Bu mərhələdə YAP olaraq qarşımızda bir sıra məqsəd və hədəflərin reallaşdırılması dayanır.  Bu sırada da partiya strukturlarının seçkilərə hazırlıq mərhələsinə gətirilməsi, seçkilərlə bağlı müəyyən hədəflərin, proqramların hazırlanması və digər məsələlər dayanır. Çox güman ki, gələn ilin əvvəlindən etibarən biz bu istiqamətdə işlərimizi daha da sürətləndirəcəyik”.

Kamil Həmzəoğlu

 





24.12.2012    çap et  çap et