525.Az

Əbülfəz Elçibəyin xanımı: “Dedilər ki, sualları cavablandırmasam...”


 

Əbülfəz Elçibəyin xanımı: “Dedilər ki, sualları cavablandırmasam...”<b style="color:red"></b>

Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası üzrə açılan cinayət işi ilə əlaqədar onun xanımı Həlimə Əliyeva istintaqa ifadə verib.


Bu barədə APA-ya xanımı Həlimə Əliyevanın özü bildirib.

 

Onun sözlərinə görə, ailəsi baş prokurora müraciət edərək, Elçibəyin zəhərlənməsi iddiası üzrə Bakı şəhər Prokurorluğunda açılan cinayət işinə xitam verilməsini tələb edib: “Ailəmizin yekdil mövqeyi bundan ibarətdir ki, heç bir halda Elçibəyin məzarının açılmasına icazə verməyəcəyik. Ona görə də indiyədək istintaqa ifadə verməkdən imtina etmişik”.

 

H.Əliyeva qeyd edib ki, ötən ay qardaşı Mirmöhsün Mahmudovun xahişi ilə müstəntiqlərin evə gəlməsinə icazə verib: “Əvvəlcədən də şərtimiz olmuşdu ki, zəhərlənmə ilə bağlı birmənalı mövqeyimiz ortada olduğuna görə bu barədə heç bir suala cavab verməyəcəyəm. Oğlum Ərturqut da bir daha zəhərlənmə olayı ilə bağlı istintaqa ifadə verməyəcəyini bildirdi. Həm də atası dünyasını dəyişəndə onun nə yaşı olub ki, bununla bağlı ifadə də versin? Mən isə müstəntiqlərin ümumi xarakterli suallarını cavablandırdım. Dedilər ki, bu sualları cavablandırmasam, cinayət işini bağlamaq mümkün olmayacaq”.

 

Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Bakı şəhər Prokurorluğunda bu ilin avqust ayında Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

 





24.12.2012    çap et  çap et