525.Az

İki gün ərzində içməli su fasilələrlə veriləcək


 

İki gün ərzində içməli su fasilələrlə veriləcək<b style="color:red"></b>

25-26 dekabrda Bakının Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bəzi yerlərinə içməli su müəyyən fasilələrlə veriləcək.

"Azərsu" ASC-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, fasilələr Bakı şəhəri Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının bir hissəsində 24 saat fasiləsiz içməli su təchizatını təmin etmək məqsədi ilə "+110 Şərq" su anbarında 1400 mm diametrli kollektorun paylayıcı şəbəkəyə qoşulması işləri ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

 





25.12.2012    çap et  çap et