525.Az

Moskva metrosunda “Bakı” stansiyasının açılması təklif edilir


 

Moskva metrosunda “Bakı” stansiyasının açılması təklif edilir<b style="color:red"></b>

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Moskvada metronun "Almaatı" stansiyasının açılışını alqışlayıb. ANS PRESS-in vesti.ru saytına istinadən verdiyi məlumata görə, V. Jirnovski tədbirdə çıxışı zamanı bildirib ki, Moskva Metropoliteninin yeni stansiyaları keçmiş müttəfiq respublikaların paytaxtlarının şərəfinə adlandırılsın.

Bütün Moskva sakinlərini təbrik edən partiya lideri bunun tarixi yaddaş və mehriban qonşuluq münasibətlərinin simvolu ola biləcəyini söyləyib.

Jirinovski bildirib ki, "Biz uzun müddət bir ölkənin çərçivəsində yaşamışıq. Bizi ümumi keçmiş birləşdirir. Bu, bizim sizinlə olan tariximizdir. Və əgər Moskva metrosunda keçmiş müttəfiq respublikaların şərəfində adlandırılan stansiyalar meydana çıxarsa, bu, dostluğun simvolu olacaq. Paytaxt sakinləri və qonaqlar "Bakı", "Daşkənd", "Düşənbə" stansiyalarına girəndə onların yadına bizim tarixi əlaqələrimiz düşəcək. Bu, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək".

 





25.12.2012    çap et  çap et