525.Az

Bir həftənin "yol terroru"- 8 ölü, 40 yaralı


 

Bir həftənin "yol terroru"- 8 ölü, 40 yaralı<b style="color:red"></b>

Bakıda son bir həftə ərzində 31 yol qəzası qeydə alınıb, 6 nəfər ölüb, 40 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ötən həftə ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 7467 fakt qeydə alınıb.

Pozuntulardan 63-ü avtomobillərin sərxoş, 404-ü yüksək sürətlə idarə olunması, 238-si işıqforun qırmızı işiğında keçmə ilə bağlı olub. Son həftədə yol hərəkəti qaydalarını pozan 774 piyada inzibati məsuliyyətə cəlb olunaraq hər biri 20 manat məbləğində cərimələniblər.

İlin əvvəlindən dekabrın 20-dək Bakıda 1048 yol qəzası qeydə alınıb. Qəzalarda 314 nəfər ölüb, 1132 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisə 103, ölüm 48, xəsarət 13 fakt azalıb.

 





25.12.2012    çap et  çap et