525.Az

“İki dövlət, bir millət” layihəsi çərçivəsində mükafatlar verilib


 

“İki dövlət, bir millət” layihəsi çərçivəsində mükafatlar verilib<b style="color:red"></b>

Türkiyə Mədəniyyət, Sənət Platformasının yaradıcısı və başçısı xanım Sultan Özateşin təqdimatında Azərbaycan Yazıçılar Birliyində (AYB) “İki dövlət, bir millət” layihəsi gerçəkləşib.

AYB-dən bildirilib ki, tədbirdə xanım Sultan Özatəş rəhbərlik etdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib.
 
Qeyd edək ki, bir çox sənət sahələrində müvəffəqiyyətlər qazanan S.Özatəş Ankara və Türkiyə sənət platformalarını yaradıb. Yeddi ölkədə davam edən beynəlxalq layihələrin birincisini Azərbaycan təmsilçisi Qalibə Cəfərova ilə həyata keçirib.

Tədbirdə Q.Cəfərova Azərbaycandan layihəyə qatılan iştirakçıların adını açıqlayıb. Sonra bir sıra iştirakçılara fəxri fərman, medal və xatirə hədiyyələri təqdim olunub.

 





22.08.2015    çap et  çap et