525.Az

Robert Köçəryanın adı “qara siyahıda”


 

Robert Köçəryanın adı “qara siyahıda”<b style="color:red"></b>

Ermənistanın “Vətən və Şərəf” partiyası yerli oliqarxların “qara siyahısını” tərtib edib.

Lent.az-ın BDU-nun Erməni Araşdırmaları Elmi Tədqiqat Laboratoriyasına istinadən verdiyi məlumata görə, “qara siyahıda” Ermənistanın sabiq prezidenti Robert Köçəryanın adı birincidir.

Məlumata görə, partiyanın yaratdığı İctimai Şura Robert Köçəryanın Ermənistanda və xaricdə olan pullarına və əmlakına həbs qoyulmasını tələb edib. Partiyanın sədri Qarnik Markaryan sabiq prezidentin ölkədən çıxışının da yasaqlanmasının zəruri olduğunu bildirib.

 





25.12.2012    çap et  çap et