525.Az

Azərbaycanda kütləvi zəhərlənmə olub


 

Azərbaycanda kütləvi zəhərlənmə olub<b style="color:red"></b>

Azərbaycanda dəm qazından və eləcə də qida məhsullarından kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 525.az-a verilən məlumata görə, dekabrın 24-də Qazax rayon sakinləri Aynur Əliyeva, 3 azyaşlı uşaqları və qonağı Fərqanə Eyyubova qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Onlara tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Dünən həmçinin Sumqayıt şəhər sakinləri Mehriban Qədirzadə, Rafiq Məmmədov və gəlini Aygün Məmmədova, Şəfiqə Abadova və Tahir Yəhyayev mənzillərindən dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

 





25.12.2012    çap et  çap et