525.Az

Vyanada Monteneqronun TAP-a qoşulması müzakirə olunacaq


 

Vyanada Monteneqronun TAP-a qoşulması müzakirə olunacaq<b style="color:red"></b>

Avqust ayının sonunda Avstriyanın paytaxtı Vyanada Balkan ölkələrinin rəsmilərinin görüşündə Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi müzakirə ediləcək.

Bu barədə “APA-Economics" Monteneqronun "Dnevne Novine" gündəlik qəzetinə istinadən xəbər verir.
 
Qəzet yazır ki, Monteneqro üçün TAP boru kəmərinin əhəmiyyəti olduqca böyükdür: "TAP - ucuz enerji mənbəyidir. Bu layihə asanlıqla Monteneqronun sənaye və ev təsərrüfatına yol açacaq".
 
Nəşrin yazdığına görə, istər Monteneqro, istər digər Balkan yarımadasının ölkələri kəmərin tikintisində maraqlıdırlar.

 





24.08.2015    çap et  çap et