525.Az

Turizm şirkətinin fəaliyyəti dayandırıldı


 

Turizm şirkətinin fəaliyyəti dayandırıldı<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyi “İnter Travel Club” turizm şirkətinin lisenziya fəaliyyətini dayandırıb.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə 27.05.2011-ci il tarixdə, qeydiyyat nömrəsi 224, turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilib.
 
Adıçəkilən şirkət barəsində Mədəniyyət və Turizm Nazirliyinə daxil olmuş çoxsaylı şikayətlərə, KİV-də dərc edilmiş məqalələrə əsasən müvafiq araşdırma aparılıb və şirkət tərəfindən həqiqətən də bir neçə vətəndaşın aldadaraq pullarını mənimsənildiyi, hazırda hüquq-mühafizə orqanları tərəfindən şirkət rəhbərliyi axtarışa verildiyi müəyyən edilib.
 
Nazirlikdən bildiriblər ki, qeyd olunanları nəzərə alaraq ”İnter Travel Club” Məhdud Məsuliyyətli Cəmiyyətinə  verilmiş 27.05.2011-ci il tarixli, 224 qeydiyyat nömrəli lisenziyanın fəaliyyəti dayandırılıb. 
 





24.08.2015    çap et  çap et