525.Az

NASA-sayağı "Gangnam Style" (VİDEO)


 

NASA-sayağı "Gangnam Style" <b style="color:red">(VİDEO)</b>

Cənubi koreyalı reper PSY-ın internetdə izlənmə rekordları qıran və bütün dünyada fenomenə çevrilmiş "Gangnam Style" mahnısına NASA-dan rəqib çıxıb.

Belə ki, ABŞ Milli Aerokosmik Agentliyi (NASA) "Gangnam Style" klipinə "Johnson Style" adlanan parodiya hazırlayıb və agentliyin rəsmi internet səhifəsində yerləşdirib. Klip NASA-nın "Conson Kosmik Mərkəzi"nin əməkdaşlarının iştirakı ilə hazırlandığı üçün belə adlandırılıb. Klipdə NASA astronavtları da çəkilib.

Klipdə PSY-ın parodiyasını edən Coys Kennon NASA-da təcrübə keçərkən ağlına belə bir layihə gəlib və NASA rəhbərliyi və personalı bu layihəni bəyənərək, klipdə iştirak edib. Parodiya-mahnıda isə NASA-da işçilərin gün ərzində nə işlə məşğul olmalarından bəhs edilir.

Qeyd edək ki, "Johnson Style" mahnısının klipi 5 gün əvvəl internetdə yerləşdirildikdən bəri 3,5 milyon istifadəçi tərəfindən izlənib.

anspress.com


 





25.12.2012    çap et  çap et