525.Az

Avropa Gənclər Parlamentinin 60-dan çox üzvü Qarabağa gedib


 

Avropa Gənclər Parlamentinin 60-dan çox üzvü Qarabağa gedib<b style="color:red"></b>

Avropa Gənclər Parlamentinin 60-dan çox üzvü Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 3 günlük səfər çərçivəsində onlar yerli separatçıların liderləri ilə bir sıra görüşlər keçiriblər.

Aralarında Rusiya, Fransa, Polşa, Serbiya, Litva və ABŞ vətəndaşlarının olduğu gənclər Ermənistanda olarkən Azərbaycanın “qara siyahı”na düşə biləcəkləri ilə bağlı xəbərdarlıq alsalar da, Dağlıq Qarabağa səfər etmək niyyətlərindən vaz keçməyiblər. Səfərdə iştirak edən iranlı jurnalist Ovsanna Seyfnaci isə Dağlıq Qarabağın maraqlı region olduğu deyib.

Onun sözlərinə görə münaqişə barədə tam təəssürat formalaşdırmaq üçün o tezliklə Azərbaycana da səfər etmək niyyətindədir.

 





25.08.2015    çap et  çap et