525.Az

Azərbaycanlı teleaparıcı ürəyindən əməliyyat olunacaq


 

Azərbaycanlı teleaparıcı ürəyindən əməliyyat olunacaq<b style="color:red"></b>

"Yay aylarında damarların genişlənməsi olduğundan əməliyyatı yaza saxladıq." 
 
Bunu Modern.az-a açıqlamasında “Lider” televiziyasının aparıcısı Zemfira Adıgözəlova bildirib. Teleaparıcı deyib ki, ailə üzvlərindən birinin xəstələnməsi onun əməliyyatını gecikdirib.

“Ailədə müəyyən problemlər yarandı. Belə ki, doğmalarımdan biri xəstələndi və mən bir növ qıraqda qaldım. Başımız həmin adama qarışdı. Bir də gördüm ki, artıq əməliyyat üçün gecdir. Çünki qış aylarında ürəkdən əməliyyatın edilməsi məsləhətli deyil. Qışda əməliyyatdan sonra damarların tutulması halları ola bilər.

Arada bir ağrılar güclənir, iynə-dərmanla sakitləşdiririk. Amma artıq istəmirəm saytlar xəstəliyimlə bağlı daha nə isə yazsınlar. Yaxın zamanlarda mətbuata həyata keçirəcəyim yeni layihəylə bağlı məlumat verəcəyəm”.

 





25.12.2012    çap et  çap et