525.Az

Leyla Şıxlinskaya klinikasının fəaliyyəti bərpa olunacaqmı?


 

Leyla Şıxlinskaya klinikasının fəaliyyəti bərpa olunacaqmı?<b style="color:red"></b>

Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflər sözügedən xəstəxanaya göndərilib.
 
Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, nazirlik təkliflərə cavab gözləyir: “Biz Leyla Şixlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin dayandırılması haqqında məlumat yayılıb. Məlumata əsasən, sözügedən klinikaya növbəti fəaliyyət üçün lisenziya verilməyib.

 





26.08.2015    çap et  çap et