525.Az

İlham Əliyev moldovalı həmkarını təbrik edib


 

İlham Əliyev moldovalı həmkarını təbrik edib<b style="color:red"></b>

Azərbaycan prezidenti Moldova prezidentini Müstəqillik günü münasibətilə təbrik edib.

525.az-ın məlumatına görə, təbrikdə deyilir: 
 
“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram”.

 





26.08.2015    çap et  çap et