525.Az

ABŞ-da 2 jurnalisti güllələyən şəxs xəstəxanada ölüb


 

ABŞ-da 2 jurnalisti güllələyən şəxs xəstəxanada ölüb<b style="color:red"></b> ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalisti güllələyən WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan xəstəxanada ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Virciniya ştatı administrasiyanın nümayəndəsi Brayan Moran bəyan edib.
 
Onun sözlərinə görə, V.Flenaqan yerli vaxtla saat 13:26-da vəfat edib.
 
İnsidenti şərh edən Ağ Evin mətbuat katibi Coş Ernest deyib ki, odlu silahdan istifadə ilə cinayətlər ABŞ-da adi hal alıb. O həmçinin, Konqresdə bu kimi cinayətlərin qarşını almaq üçün qanun layihələrinin olmadığını vurğulayıb.
 





27.08.2015    çap et  çap et