525.Az

"Panatinaikos" - "Qəbələ": bütün biletlər satılıb


 

"Panatinaikos" - "Qəbələ": bütün biletlər satılıb<b style="color:red"></b>

Avropa Liqasının "pley-off" mərhələsində sabah keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) cavab oyununa biletlərin hamısı satılıb.

Qol.Az-ın Yunanıstana ezam olunmuş müxbirininin məlumatına görə, 16 min azarkeş tutumuna malik  stadionun sabah bütovlükdə dolacağı gözlənilir. Amma stadionda azərbaycanlı azarkeşlər çox az olacaq.

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu gün keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.

O, təəssüf hissi ilə bildirib ki, Azərbaycanda gördükləri azarkeş dəstəyini sabahkı qarşılaşmada görə bilməyəcəklər. Ukraynalı mütəxəssis azarkeşsiz oynamağın onların oyununa təsir edəcəyini də vurğulayıb.

 





27.08.2015    çap et  çap et