525.Az

İndoneziya xərçənginin bir növü Edvard Snoudenin şərəfinə adlandırıldı


 

İndoneziya xərçənginin bir növü Edvard Snoudenin şərəfinə adlandırıldı<b style="color:red"></b>

Almaniyalı alim Kristian Lukhaup (Christian Lukhaup) İndoneziya çay xərçənginin bir növünü ABŞ kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snoudenin şərəfinə adlandırıb.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Alim xərçəngin “Cherax snowden” növünü ilk dəfə 2006-cı ildə görüb. Ancaq hələ bu il təsvir edilməsi və lazımi tədqiqatların aparılması üçün bu növün nümayəndələri barədə ətraflı məlumat əldə edə bilib.

K.Lukhaup “Washington Post” qəzetinə verdiyi müsahibədə bildirib ki, yeni növləri təsvir edərkən onlardan birini Edvard Snoudenin şərəfinə adlandırmaq qərarına gəlib.

“Cherax snowden” çay xərçəngləri Yeni Qvineya adasının qərb bölgəsində şirinsulu çaylarda yaşayır.

 





27.08.2015    çap et  çap et