525.Az

"Futbol festivalı” layihəsi Ağcəbədidə


 

"Futbol festivalı” layihəsi Ağcəbədidə <b style="color:red"></b> Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) "Futbol festivalı” layihəsi çərçivəsində avqustun 26-da Ağcəbədi rayonunda uşaq futbol məktəbinin üzvləri ilə görüş keçirilib.

Görüşdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev uşaqlara 200 ədəd idman forması və 50 futbol topu hədiyyə edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və AFFA-nın vitse-prezidenti Rauf Əliyev ölkəmizdə idmanın inkişafı ilə bağlı dövlət proqramının uğurla həyata keçirilməsindən danışıb və gələcəyin futbolçularına öz tövsiyələrini veriblər.
 





27.08.2015    çap et  çap et