525.Az

Bəzi palçıq vulkanlarında aktivləşmələr var


 

Bəzi palçıq vulkanlarında aktivləşmələr var<b style="color:red"></b>

Azərbaycan ərazisində yerləşən bəzi palçıq vulkanlarında aktivləşmələr müşahidə olunur.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda Abşeron, Qobustan, Şamaxı, Ələt ərazisində yerləşən palçıq vulkanlarında müşahidələr davam edir. Müşahidələr yanvarın 5-də başa çatacaq. 

A. Əliyev deyib ki, müşahidələr zamanı palçıq vulkanlarının aktivləşməsinin dekabrın 21-də baş verən “planetlərin paradı” ilə elmi əlaqəsinin olub-olmaması da öyrəniləcək.

Xəzərin Azərbaycan şelfindəki sualtı palçıq vulkanlarında geniş tədqiqatlar isə gələn ilin fevral ayında başlayacaq. Şöbə müdiri qeyd edib ki, tədqiqatlar ilkin olaraq qurudakı palçıq vulkanlarında başlayacaq. Çünki quruda olan palçıq vulkanlarının davamı dənizdədir. Qurudakı palçıq vulkanlarını öyrənməklə onların dənizdəki davamını izləmək mümkün olacaq. Tədqiqatları Almaniyanın GEOMAR təşkilatı aparacaq.

Qeyd edək ki, Cənubi Xəzərdə 230 sualtı palçıq vulkanı var. Onun 130-u Azərbaycan sektorundadır.  

 





25.12.2012    çap et  çap et