525.Az

Astrofiziklər “kosmik kəpənəyin” yeni şəklini əldə edib


 

Astrofiziklər “kosmik kəpənəyin” yeni şəklini əldə edib<b style="color:red"></b>

Astrofiziklər “Habbl” teleskopu vasitəsilə M2-9 planetar bipolyar dumanlığın – “kosmik kəpənəyin” yeni şəklini əldə edib.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə teleskopun saytında xəbər yayılıb.

Yerdən 2 min işıq ili uzaqlıqda yerləşən dumanlığı 1947-ci ildə astronom Rudolf Minkovski kəşf edib.

Dumanlığın mərkəzində 2 ulduz – köhnə nəhəng göy cismi və ağ cırtdan yerləşir. Ulduzlar hərəkətləri zamanı ətrafa qaz materiyası atır ki, bu da “qanadları” əmələ gətirir.

 





27.08.2015    çap et  çap et