525.Az

Bitlisdə 6 PKK terrorçusu məhv edilib


 

Bitlisdə 6 PKK terrorçusu məhv edilib<b style="color:red"></b> Türkiyənin cənub-şərqindəki Bitlis vilayətinin Hizan rayonu ərazisində PKK terrorçuları yerli jandarma komandanlığını binasına hücum edib.
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, hadisə avqustun 27-nə keçən gecə, yerli vaxtla saat 01.00 radələrində baş verib.
 
Əsgərlərlə terrorçular arasındakı döyüşdə 4 hərbçi yaralanıb, 6 terrorçu məhv edilib. Yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb. Qaçan terrorçuları təqib etmək üçün əməliyyat başlayıb.
 





27.08.2015    çap et  çap et