525.Az

Tofiq Hacıyev istefa ərizəsini geri götürüb


 

Tofiq Hacıyev istefa ərizəsini geri götürüb<b style="color:red"></b> Akademik Tofiq Hacıyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktorluğundan azad olunmağı barədə ərizəsini geri götürüb.

Bu barədə məlumatı APA-ya Tofiq Hacıyevin özü verib. O, bildirib ki, məsələyə AMEA Rəyasət Heyətinin növbəti iclasında baxılacaq:

“Hər halda mən ərizəmi geri götürdüm və kollektivin xahişi ilə, öz təşəbbüsümlə yenidən işə qayıtmaq barədə düşünürəm. O vaxt əsəbi vəziyyət yaranmışdı, mən də işləmək istəmədim”.
 
T. Hacıyev əlavə edib ki, institutun yeni direktoru, professor Möhsün Nağısoylu vəzifəyə təsdiq olunmadığı üçün işdən gedib:

“Möhsün Nağısoylu yaxşı ziyalıdır, tərbiyəli adamdır. Eşidən kimi mən qayıtmaq istəyirəm, ərizəmi geri götürmüşəm, institutdan gedib. Yenidən direktor vəzifəsinə təsdiq olunaramsa, yarımçıq qalan işləri davam etdirəcəyəm”.
 
Qeyd edək ki, bir müddət əvvəl institutda yaranan qalmaqalla bağlı akademik Tofiq Hacıyev direktor vəzifəsindən azad olunmağı ilə bağlı AMEA-nın rəhbərliyinə ərizə ilə müraciət etmişdi.
 





27.08.2015    çap et  çap et