525.Az

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək


 

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək<b style="color:red"></b> Avqustun 28-də Türkiyənin Antalya şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
 

APA-nın "İhlas" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç Ankarada jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, nazir Mövlud Çavuşoğlu görüşə qatılmaq üçün Antalyaya gedəcək. Üçtərəfli toplantının regional əhəmiyyətə malik olduğunu vurğulayan T. Bilgiç, Antalya görüşündə Aşqabadda qəbul olunmuş qərarların icrasının müzakirə olunacağını söyləyib.
 
Xatırladaq ki, Aşqabad görüşü bu il yanvarın 29-da keçirilib.
 





27.08.2015    çap et  çap et