525.Az

“Wizz Air” Azərbaycanda uçuşları bərpa etmək istəyir


 

“Wizz Air” Azərbaycanda uçuşları bərpa etmək istəyir<b style="color:red"></b>

Macarıstanın “Wizz Air” aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) 2016-cı ilin mart ayından Azərbaycanda uçuşları bərpa etmək niyyətində olduğunu bildirib.

Bu barədə Trend-ə QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bununla bağlı yaxın zamanlarda tərəflərin görüşüb danışıqlar aparması gözlənilir:

“Azərbaycan tərəfindən 2016-ci ilin mart ayından aviareyslərin həyata keçirilməsinə razılıq verilib.

Azərbaycan tərəfi “Wizz Air” şirkətinə 2015-ci ilin yay və qış mövsümü ərzində uçuşların həyata keçirilməsi barədə bir neçə müraciət edib, lakin cavab almayıb”.

 





27.08.2015    çap et  çap et