525.Az

“Azərbaycan Silahlı Qüvvələri modern, müasir silahlarla təchiz olunur”


 

“Azərbaycan Silahlı Qüvvələri modern, müasir silahlarla təchiz olunur”<b style="color:red"></b>

 "Azərbaycan müdafiə sənayesi potensialını gücləndirir.  Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr çox keyfiyyətli məhsullar istehsal edirlər".
 
525.az xəbər verir ki, bu fikirləri Milli Məclis (MM) sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov sözügedən komitənin iclasında deyib.

Z.Əsgərov xatırladıb ki, ölkəmiz artıq Cənubi Afrika Respublikasında, Sinqapurdavə digər yerlərdə keçirilən müdafiə sənayesi sərgisində iştirak edib.Onun sözlərinə görə, hazırda bu sahədə böyük işlər görülür.
 
“Azərbaycan Silahlı Qüvvələri modern, müasir silahlarla təchiz olunur. Bu proses bundan sonra da davam edəcək. Həmçinin, Azərbaycan istehsal etdiyi silahları da ixrac edir. Buna tələbat var. Biz marağındayıq ki, gələcəkdə bu yöndə ixrac daha da artsın və Azərbaycan brendi ilə bu silahlar dünya bazarında özünə yer tapsın”- deyə, Z.Əsgərov vurğulayıb.

Kamil Həmzəoğlu

 





25.12.2012    çap et  çap et