525.Az

UEFA-dan "Fənərbaxça"ya şad xəbər


 

UEFA-dan "Fənərbaxça"ya şad xəbər<b style="color:red"></b>

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şaxtyor"la keçirilən oyunda hakim tərəfindən tribunaya göndərilən "Fənərbaxça"nın baş məşqçisi Vitor Pereyranın cəzasını yüngülləşdirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, UEFA Nizam-İntizam Komitəsi portuqaliyalı mütəxəssisin cəzasını 2 oyundan 1 matça endirib.

Avropa Liqasının pley-off mərhələsində "Atromitos"la keçirilən ilk oyunu tribunadan izləyən Pereyra bu axşam "Şükrü Saracoğlu" stadionunda baş tutacaq cavab matçında komandasının yanında olacaq.

Qeyd edək ki, "Şaxtyor"la matçın gedişində rəqibin iki futbolçusu - Dario Srna və Fredlə Pereyra arasında gərginlik yaşandığı üçün görüşün baş hakimi "Fənərbaxça"nın baş məşqçisini tribunaya göndərib.

 





27.08.2015    çap et  çap et