525.Az

Rəşad Sadiqov: "Panatinaikos"dan zəif deyilik"


 

Rəşad Sadiqov: "Panatinaikos"dan zəif deyilik"<b style="color:red"></b>

“Burada bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq. Bütün komanda buna köklənib”.

525.az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin üzvü Rəşad Sadiqov Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab matçı öncəsi deyib.

O qeyd edib ki, rəqib güclü olsa da, məğlubedilməz deyil:

 “Panatinaikos” adlı-sanlı komandadır. Xeyli titulları var. Amma biz də onlardan zəif deyilik. Futbolda məğlubedilməz rəqib yoxdur. Yalnız qələbəyə inanmaq və meydan bütün bacarığını ortaya qoymaq lazımdır”.

R.Sadiqov yunan azarkeşlərdən də söz açıb: “Bundan əvvəlki mərhələlərin hər birində səfər matçını psixoloji gərginlik içində keçirmişik. Bu baxımda xüsusən də “Apollon”la Kiprdəki görüşü qeyd etmək olar. Növbəti azarkeş təzyiqinə də hazırıq. Dolu tribunalar önündə oynamaq hər bir futbolçunu daha çox həvəsləndirir”.

 





27.08.2015    çap et  çap et