525.Az

Transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb


 

Transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb<b style="color:red"></b> Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-140, Kiçik Qafqazın çaylarında 100-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 170-200 faizini təşkil edir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 145 faizini təşkil edir.

2014-cü ildə bu rəqəm 62 m3/s olmaqla ongünlük normanın 51 faizinə bərabər olub.
 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 95 m3/s olmaqla ongünlük normanın 138 faizini təşkil edir. 2014-cü ildə bu rəqəm 17 m3/s olmaqla ongünlük normanın 25 faizinə bərabər olub.
 
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm, Şirvanda 4 sm, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım, Salyanda 4 sm, Bankədə isə 8 sm azalma qeydə alınıb.
 
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2014-cü il avqustun 28-də 305 sm), Şirvanda 193 sm (2014-cü il avqustun 28-də 139 sm), Salyanda 106 sm (2014-cü il avqustun 28-də 73 sm), Bankədə 165 sm (2014-cü il avqustun 28-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 71 sm (2014-cü il avqustun 28-də 23 sm) təşkil edir.
 





28.08.2015    çap et  çap et