525.Az

İstedada qayğı gərəkdir


 

İstedada qayğı gərəkdir<b style="color:red"></b>

Bu gün respublikamızın suverenliyə, iqtisadi müstəqilliyə nail olmasını təmin edə bilən yüksək hazırlıqlı kadrlara malik olması bütün kəskinliyi ilə qarşıda durur. Ona görə respublikamızın təhsil sisteminin bütün pillələrindəuşaq bağçasından tutmuş ixtisas alana qədər qabiliyyətli istedadlı uşaqların gənclərin aşkara çıxarılması onların inkişaf etdirilməsi ən vacib məsələlərdən biri olmalıdır. Məhz bu səbəbdəndir ki, ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə hazırlanmış ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş müstəqil dövlətimizin ilk demokratik Konstitusiyasında, “Təhsil haqqındaqanununda təhsil sahəsində islahat Proqramında (1999) bu məsələyə xüsusi diqqət yetirilib.

Keçid dövrünün, bazar iqtisadiyyatı cəmiyyətinin sərt tələblərinə, xalqımızın müharibə şəraitində yaşamasına, 20 faiz torpaqlarımızın işğal altında olmasına baxmayaraq qabiliyyətli, istedadlı uşaqlara gənclərə dövlət səviyyəsində böyük qayğı göstərilir. Dövlətimizin başçısı olarkən          

   
Heydər Əliyev  istedadlı uşaqları gəncləri şəxsən himayə edir, onlara diqqət qayğısını əsirgəmirdi. Bu qayğının təzahürü olaraq ümummilli liderimizAzərbaycanda gənc istedadlara dövlət qayğısı haqqındafərman vermiş, gənc istedadlarınQızıl kitabı, “Gənc istedadlar fondunu yaratmışdır.

Qabiliyyətli, istedadlı uşaq gənclərlə aparılan işlərin daha sistemli, səmərəli məzmunlu təşkili üçün dövlətimizin başçısı İlham Əliyev cənablarının 17 aprel 2006 – il tarixli sərəncamı iləXüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006 – 2010) təsdiq edildi. Proqramın qəbul edilməsində əsas məqsəd respublikanın təhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında aşkar edib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir.

Proqramda irəli sürülən başlıca vəzifələrin həyata keçirilməsi üçün Təhsil Nazirliyi geniş Fəaliyyət planı hazırlayıb təsdiq etmiş, nəzərdə tutulan tədbirlərin xeyli qisminin icrasına nail olmuşdur.

İstedadlı gənclərin inkişafı üçün müvafiq şəraitin yaradılması baxımından ölkə başçısı tərəfindən təsdiq edilmiş “2007 – 2015 –ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı xüsusi əhəmiyyət kəsb edir”. Proqram çərçivəsində görülən tədbirlər nəticəsində son beş ildə dünyanın inkişaf etmiş 27 ölkəsinin 200 –dən çox qabaqcıl ali məktəblərində elmi mərkəzlərində 1700 –dən artıq gənc təhsil almış almaqdadır.

Proqram Fəaliyyət planında bir sıra elmitədqiqat işlərinin aparılması nəzərdə tutulsa da problemin köklü şəkildə araşdırılması, müvafiq təkliflərin tövsiyələrin hazırlanması pedaqoji ictimaiyyətə çatdırılması ilə əlaqədar görülmüş işləri qənaətbəxş hesab etmək olmaz.

 Göründüyü kimi, bu problemin elmi cəhətdən işlənilməsi ilə bağlı alimlərimiz qarşısında çox vacib təxirəsalınmaz məsələlər durur.

İstedadlı uşaq gənclərin vaxtında aşkar edilib onların maraq meylləri əsasında qabiliyyətlərinin, bilik, bacarıq vərdişlərinin inkişaf etdirilməsi təhsil sistemi qarşısında duran problemlərdən biridir. Cəmiyyətdə, həyatda istedadın inkişafı bir sıra amillərdən, ilk növbədə, uşaqların, şagird gənclərin intellektual səviyyəsinin üzə çıxarılmasını təmin edən tədbirlərə cəlbindən, həmin uşaqların müəyyənləşdirilməsinə kömək göstərən psixoloji xidmətin yaradılmasından, istedadlı uşaq gənclərlə işləmək qabiliyyətinə malik müəllim, tərbiyəçi kadrların hazırlanmasından, təhsil müəssisələrində müasir tələblərə cavab verən möhkəm maddi-tədris bazanın olmasından  asılıdır. Bu baxımdan cəmiyyətin yaradıcılıq mənəvi potensialını hər vasitə ilə gücləndirmək zərurəti  respublikanın təhsil sitseminin ictimaiyyətinin qarşısında yeni,  çox mühüm vəzifəelmi yaradıcı ziyalıların intellektual nəslini yetişdirmək, şagirdlərin gənclərin fərdi qabiliyyətinin aşkara çıxarılması onların yaradıcılıq potensialından istifadə edilməsi üçün maksimum şərait yaratmaq vəzifəsi durur.

Qeyd edək ki, son illər ölkəmizin siyasi, iqtisadi sosial həyatında baş verən keyfiyyətcə yeni dəyişikliklər bütün sahələrə olduğu kimi, təhsilə ciddi  təsir göstərmiş, gənc nəslin təlim-tərbiyəsi işində əsaslı dönüşə yönəldilən, ölkənin təhsil sisteminin gələcək inkişaf yollarını müəyyənləşdirən mühüm qanunlar, qərarlar qəbul olunmuş, bu istiqamətdə normativ sənədlər işlənib hazırlanmış, təhsil orqanlarına, təlim-tərbiyə müəssisələrinə çatdırılmışdır. Bu sənədlərdə uşaqların hərtərəfli, bütöv şəxsiyyət kimi yetişdirilməsi, onların istedad qabiliyyətlərinin ardıcıl inkişaf etdirilməsi ümumdövlət əhəmiyyətli vəzifə kimi qəbul olunmuş, ümumi orta təhsilin əsas prinsipləri gözlənilməklə təlimin çoxvariantlılığı ideyası irəli sürülmüşdür. Belə bir fikir yekdilliklə müdafiə olunur ki, məhz müxtəlif variantlı təlim formalarının geniş tətbiq edilməsi hər bir şagirdin maraq, meyl qabiliyyətinə müvafiq olaraq onların təbii imkanlarını üzə çıxarmağa əlverişli şərait yaradacaqdır.

Məlumdur ki, dünyanın bir sıra qabaqcıl ölkələrinin sürətli elmi-texniki tərəqqisinin əsas səbəbi  bu ölkələrdə cəmiyyətin intellektual qüvvəsindən düzgün istifadə edilməsi, istedadlı uşaqların vaxtında aşkar olunması onların inkişafı üçün hərtərəfli şərait yaradılması istiqamətində elmi cəhətdən əsaslandırılmış vahid dövlət diaqnostik xidmət sisteminin işlənib hazırlanması müvəffəqiyyətlə həyata keçirilməsi olub. Bu baxımdan bizim ölkənin inkişafca yeni səviyyəyə qalxması malik olduğumuz istedad potensialından necə istifadə edə biləcəyimizdən çox asılıdır. Xüsusilə respublikamızın iqtisadi müstəqilliyə qədəm qoyduğu, bazar iqtisadiyyatı yolu ilə irəlilədiyi indiki dövrdə yaradıcı düşünə işləyə bilən adamlara ciddi ehtiyac yaranıb.

Son illərdə qabiliyyətli, istedadlı şagirdlərin aşkar edilməsi inkişaf etdirilməsi  istiqamətində müəyyən işlər görülüb, müvafiq tədbirlər həyata keçirilib, respublika hökuməti tərəfindən bütün ümumi orta (natamam orta), tam orta məktəblərə, gimnaziya liseylərə psixoloq ştatı ayrılıb.

Hazırda ölkəmizdə fəaliyyət göstərən 4118 ümumi orta (natamam orta) tam orta məktəblərdə (2011/12 –ci dərs ili) psixoloqlar işləyir.

Lakin Təhsil Nazirliyinin aparatında bu böyük psixoloqlar ordusunun işini istiqamətləndirən, tənzimləyən nəzarət edən bir bölmə, bir mütəxəssis var. Bu məsələ dəfələrlə qaldırılmasına baxmayaraq hələ öz müsbət həllini tapmayıb.

İstedadlı şagirdlərin üzə çıxarılması inkişaf etdirilməsində fənn olimpiadalarının rolu inkaredilməzdir. Uzun illər ərzidə fənn olimpiadalarının təşkili keçirilməsində məktəblərimiz müəllimlərimiz müəyyən təcrübə toplamışlar. 50 ildən artıqdır ki, respublikamızda məktəblər, rayonlar (şəhərlər) respublika üzrə riyaziyyat, fizika, kimya biologiya fənlərindən olimpiadalar keçirilir, qaliblər keçmiş ittifaq beynəlxalq turlarda iştirak edirdilər. 80-ci illərin ikinci yarısında qeyd edilən fənlərə informatika da əlavə olundu. Ölkəmiz suverenlik əldə etdikdən sonra respublikamızın məktəblilərdən ibarət komandası müstəqil olaraq bir çox beynəlxalq olimpiadalarda iştirak etməyə başlayıb.

Müstəqillik illərində 1992 –ci ildən başlayaraq ölkəmizin məktəbliləri  Dünya olimpiadalarında iştirak etmiş, 12 qızıl, 35 gümüş, 53 bürünc medal əldə etmiş, dünyanın 50-dən çox ölksində Vətənimizi təmsil etmişdilər.

Bununla belə bir həqiqəti etiraf etmək lazımdır ki, istedadlı şagirdləri olimpiadalara hazırlamaq məqsədilə məktəblilər müəllimlər üçün müxtəlif fənlər üzrə elmi-nəzəri,elmi-metodik, elmi-populyar əsərlər, sorğu kitabları, lüğətlər s. ədəbiyyat buraxılışı qənaətbəxş deyil. Bu sahədə Təhsil Problemləri İnstitutunun, Universitetlərimizin müvafiq kafedralarının, alimlərin, mütəxəssislərin məqsədyönlü fəaliyyəti çox vacibdir.

Respublikamızda hazırda 400-ə yaxın məktəbdə müxtəlif fənlər üzrə – 4500-dən çox təmayüllü siniflər fəaliyyət göstərir. Onlara seçmə yolla 40 minə yaxın qabiliyyətli şagird cəlb edilib. Artıq 50 ilə yaxındır ki, bu siniflər (məktəblər) fəaliyyət göstərir bu dövr ərzində ayrı-ayrı fənlərin nəzəri praktik cəhətdən dərindən öyrədilməsi sahəsində müəyyən müsbət təcrübə toplanıb. Bu siniflərin (məktəblrin) məzunları müvəffəqiyyətlə ali məktəblərə daxil olur, elm, təhsil, mədəniyyət xalq təsərrüfatının müxtəlif sahələrində uğurla çalışırlar. Belə siniflərin  (məktəblərin) mövqeyini möhkəmləndirmək, tədris-maddi bazasını gücləndirmək, yüksək ixtisaslı elmi-pedaqoji kadrlarla təmin etmək hər bir məktəb R(Ş) rəhbərinin vəzifə borcudur.

Son illərdə qabiliyyətli uşaqların bilik,  bacarıq vərdişlərinin daha da inkişaf etdirilməsi üçün müvafiq şəraitin yaradılması məqsədilə yeni tipli  tədris müəssisələriningimnaziya liseylərin yaradılmasına da xüsusi diqqət yetirilir. Bununla bağlıTəhsil haqqındaqanununda oxuyuruq: “Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır”.

Rusiyada, MDB ölkələrində, o cümlədən Azərbaycanda  lisey gimnaziyalar ümumi təhsil müəssisələrinin bir növü kimi fəaliyyət göstərir.

Bəs hazırda respublikamızdakı yeni tipli tədris müəssisələrigimnaziyalar liseylərin qarşısında qoyulan məqsəd vəzifələr nədən ibarətdir? Qabiliyyətli istedadlı uşaqları aşkara çıxarmaq; ölkənin intellektual potensialının formalaşması prosesində fəal iştirak etmək, şəxsiyyətin yüksək mənəvi vətəndaşlıq keyfiyyətlərini inkişaf etdirmək; ümumi təhsilin məzmununun baza komponentlərinin genişləndirilməsi əsasında hər kəsin fərdi keyfiyyətlərini inkişaf etdirilməsinə şərait yaratmaq, özünütəlim özünüinkişafı formalaşdırmaq; şagirdləri ali təhsil almağa, yaradıcı əməyə, müxtəlif sahələrdə elmi praktik fəaliyyətə hazırlamaqdır. Deyilənlər baxımından müasir gimnaziyalar, liseylər haqqında demək olar?

Gimnaziya (lisey) – axtarışda olan,şagirdlərin maraq, meyl qabiliyyətlərini nəzərə almaqla fərdiləşdirmə diferensiallaşdırma əsasında təlim-tərbiyənin yeni məzmununu elmi-metodik cəhətdən işləyib hazırlayan onu həyata keçirməyin forma metodlarını müəyyənləşdirən tətbiq edən, yüksək hazırlıqlı elmi-pedaqoji potensiala, güclü tədris-maddi bazaya malik, uşaqların mənəvi fiziki inkişafı üçün əlverişli şərait yaradan orta ümumtəhsil müəssisəsidir.

Qeyd edilən tələbləri yerinə yetirmək məqsədi ilə təhsil sahəsində islahat ProqramındaXüsusi istedada malik olan şagirdlərin vaxtında aşkar edilməsi onların təhsilinin inkişafını təmin etmək üçün yeni tipli təhsil müəssisələrini yaratmaqməsələsi qarşıya qoyulub.

Dərslərdətədris prosesində əldə edilən biliklər sinifdənxaric məşğələlərdə məktəbdənkənar təlim-tərbiyə müəssisələrindəki dərnəklərdə, bölmələrdə daha da dərinləşdirilməli genişləndirilməlidir. Bunun üçün həmin təlim-tərbiyə müəssisələrinin rəhbərləri hər cür şərait yaratmalıdırlar.

Yadda saxlamaq lazımdır ki, yeni tipli tədris müəssisələrinin yaradılması hər hansı bir məktəbin adının sadəcə dəyişdirilməsi demək deyildir. Həmin müəssisələrdə təlim prosesi sırf diferensial xarakter daşımalı, çoxvariantlı fərdi tədris planları, proqramları tətbiq edilməli, bunlara yüksək elmi-nəzəri hazırlığa, pedaqoji metodik kamilliyə, yaradıcılıq qabiliyətinə malik alimlər, müəllimlər cəlb olunmalı, müasir tələblərə cavab verən tədris-maddi bazaproqramların tələbləri baxımından təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, kompüter sinifləri, zəngin kitabxana s. yaradılmalıdır. Kitabxanalarda digər ədəbiyyatlarla yanaşı müəssisənin profilinə uyğun elmi, elmi-kütləvi əsərlərlə, sorğu kitabları, lüğətlər s. daha dolğun təchiz edilməsi çox vacibdir. Çünki bu, şagirdlərin öz üzərlərində müstəqil yaradıcı işləmələrinə şərait yaradar.

Gənclərin qabiliyyətlərinin durmadan inkişaf etdirilməsi, formalaşması canlanmasında tədrislə bərabər tərbiyə işinin düzgün təşkil edilməsi başlıca amillərdəndir. Bu müəllimlərdən, tərbiyəçilərdən valideynlərdən gərgin əmək səbr tələb edir. Çünki bu vunderkindlər (möcüzəli uşaqlar) qeyri-standart adamlardır. Təlim-tərbiyə prosesində büdrəmələr, durğunluq, hətta geriləmə baş verə bilər.Bu halda yaranmış vəziyyət müəllimlər, tərbiyəçilər, psixoloq valideyn tərəfindən dəqiq təhlil edilir, səbəblər aşkar olunur durğunluğu, geriləməni  aradan qaldırmaq üçün yollar müəyyənləşdirilir.

Qabiliyyətli, istedadlı uşaqlar, gənclər təkəbbürdən, lovğalıqdan çəkindirilməli, həmişə öyrənməyə, axtarışda olmağa, elmin, sənətin sirlərinə səbrlə, təmkinlə yiyələnməyə sövq edilməlidirlər.

XIII əsrin sonu, XIV əsrin əvvəllərində yaşayıb yaratmış görkəmli Azərbaycan şairi mütəfəkkiri Marağalı Əvhədi qabiliyyətli, lakin zatı naqis olan şəxsə təhsil verilməsini belə məsləhət görmürdü. Onun fikirincə, zatən ziyankarlığa meyilli şəxslər təhsil aldıqdan sonra ziyanlı işlərini daha təsirli, daha məharətlə yerinə yetirə bilərlər.. Belə qabiliyyətlilər psixoloqlar, müəllimlər tərbiyəçilər tərəfindən erkən yaşlarından aşkar edilməli çox ciddi tərbiyə edilməli daim nəzərdə saxlanılmalıdır.

Fədakar müəllimlər, tərbiyəçilər, alimlər inanırlar ki, onların ən yaxşı təhsil tərbiyə almış, yüksək intellektə yaradıcılıq qabiliyyətinə malik şagirdləri yeni dünya yaradacaqlar.

Qabiliyyətli uşaqların gənclərin aşkar edilməsi inkişaf etdirilməsi mürəkkəb çoxcəhətli işdir. Bu işi həvəs səbrlə ölkəmizin gələcək inkişafı üçün döyünən ürəyi, qəlbi, möhkəm iradəsi olan müəllimlər, tərbiyəçilər, alimlər, valideynlər, uşaq gənclər təşkilatları aparmalıdır. Bu işə elmi istiqamət vermək, elmipraktik əsaslara söykənən sistemini yaratmaq məqsədilə  ölkədə müvafiq qurumun-Elmi-metodik mərkəzin yaradılması məqsədəuyğun olardı.

Arif  Muradov

Azərbaycan Respublikasının

əməkdar müəllimi

 





25.12.2012    çap et  çap et