525.Az

Avropanın ən yaxşı futbolçusu – Lionel Messi


 

Avropanın ən yaxşı futbolçusu – Lionel Messi<b style="color:red"></b>

Avropada 2014/2015 mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, UEFA-ya üzv olan 54 ölkənin jurnalistləri arasında keçirilən səsverməyə əsasən, Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messi seçilib.

O, səsvermədə Kriştiano Ronaldonu (Portuqaliya, "Real") və Luis Suaresi (Uruqvay, "Barselona") qabaqlayıb.

Qeyd edək ki, beşinci dəfə keçirilən sorğuda daha əvvəl Lionel Messi (2011), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştiano Ronaldo (2014) qalib gəlib.

Qadın futbolçular arasında isə ən yaxşı adını almaniyalı Selya Şaşiç qazanıb. O, Cenifer Morojan (Almaniya) və Amandin Anri (Fransa) ilə mübarizədən qalib ayrılaraq birinci olub.

 





28.08.2015    çap et  çap et