"Qarabağ" Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Bu barədə Qol.Az-a açıqlamasında klubun direktoru Əmrah Çəlikəl məlumat verib.
“Amma öncə stadionun öt örtüyü dəyişilməlidir” – deyə o əlavə edib.
Klub rəsmisi qeyd edib ki, çempionatın qarşıdan gələn bir neçə oyununun Respublika stadionunda keçirilməsi mümkündür:
“Çünki klubun Suraxanıda yerləşən bazasının açılışı olmayıb. Açılışdan sonra komandamız Premyer Liqada ev oyunlarını öz stadionunda keçirəcək".