525.Az

Keçmiş polis əməkdaşı öldürüldü


 

Keçmiş polis əməkdaşı öldürüldü<b style="color:red"></b> Azərbaycan paytaxtında silahlı insident olub.
 
Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Əzimzadə küçəsi 20 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.
 
Daha sonra R. Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə R. Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən R. Həsənov saxlanılıb.
 
Polisdən bildirilib ki, qətlə yetirilən N. İbrahimov keçmiş polis əməkdaşıdır.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 





28.08.2015    çap et  çap et