525.Az

Jurnalistlərin öldürülməsi və ABŞ-ın növbəti ifşası


 

Jurnalistlərin öldürülməsi və ABŞ-ın növbəti ifşası<b style="color:red"></b>

ABŞ-da jurnalistlərlə bağlı 2 şok xəbər yayıldı. Biri əsgərlərə jurnalistləri əsir götürməyə icazə verilməsi, digəri isə canlı yayımda iki jurnalistin güllələnməsi...

Virciniya ştatında canlı yayım zamanı WDBJ7 telekanalının reportyoru Alison Parker və operator Adam Vard güllələnib. Məlumatlara görə, onları güllələyən Brays Uilyams əvvələr WDBJ7 telekanalının əməkdaşı olub. Məsələ ilə bağlı hazırda araşdırma aparılır və istintaq bitdikdən sonra cəmiyyətə məlumat veriləcəyi deyilir.

Lakin məlum dəhşətli hadisədən saatlar keçməsinə baxmayaraq, regiondakı ölkələrdə xırda bir hadisəyə görə, demokratiyanın zəlil olduğunu deyib bar-bar bağıran insan haqları keşikçilərindən heç bir səs-səmir yoxdur.

Azərbaycanda jurnalist həbsinə görə dərhal toplantılar çağıran, bəyanatlar tirajlayan həmin beynəlxalq təşkilatlar 2 jurnalistin canlı yayımda ölümü məsələsində susub. Məsələ odur ki, hadisə dünyaya demokratiya dərsi keçən Amerikada baş verib. Öz ölkəsinin jurnalistini qoruya bilməyən bir ölkə başqa ölkələrdəki jurnalistlərə havadarlıq edir. Bəs niyə rəsmi Vaşinqton öz jurnalistinin ölümü məsələsində susur?

Politoloq Elman Nəsirli AzNews.az-a açıqlamasında Vaşinqtonun susqunluğunun daha çox məqama aydınlıq gətirdiyini deyib: "Virciniya ştatında baş verən qətl hadisəsinə ABŞ Administrasiyasının və müvafiq dövlət qurumlarının ciddi reaksiya verməməsinin olayı sıravi bir hadisə kimi dəyərləndirməməsi hesab edirəm ki, bu, bir daha həqiqəti üzə çıxartdı. Deməli qərb dairələri, xüsusilə ABŞ jurnalistlərlə bağlı qətl hadisələrinə və onların ölümü ilə bağlı digər hallara selektiv yanaşır. Yəni, ABŞ əslində öz ölkəsində baş verən hadisəyə heç bir lazımi qiymət vermir. Burada heç bir siyasi motiv axtarmır. ABŞ insan hüquq və azadlıqlarının, xüsusilə də söz və mətbuat azadlıqlarının boğulması anlamını vermir. Bir sözlə jurnalistin qətlə yetirilməsini ABŞ-da sözün və mətbuatın boğulması kimi dəyərləndirmir".

E.Nəsirli jurnalistlərlə bağlı Azərbaycanda baş verən hər hansı olaya ABŞ-ın sərt reaksiyasını ölkəmizə təzyiq vasitəsi kimi qiymətləndirir:"ABŞ və bir çox qərb ölkələri jurnalistlərlə bağlı hadisələrdə, onlara qarşı müəyyən təzyiq olarkən, məişət zəminində qətl baş verərsə belə buna siyasi motiv geyindirmək istəyir. Burada siyasi motiv axtarır, bir cinayət faktını siyasiləşdirmək istəyir.

Konkret olaraq Azərbaycana gələncə, baş verən analoji hadisələrdə ABŞ və qərb ölkələri bütün digər motivləri kənara qoyub yalnız siyasi motiv axtarır. Bu da, başa düşünüləndir. Məqsəd heç də jurnalistin taleyi deyil. Əsas məqsəd hər vəchlə həmin ölkəyə təzyiq göstərmək, həmin ölkə ilə diktə dilində danışmaq, həmin ölkənin rəhbərliyini bu və ya digər güzəştə getməyə məcbur etməkdir. Bunun üçün də jurnalistin həyatı ilə bağlı yaranmış təhlükə və jurnalistin hər hansı bir zəmində öldürülməsi məsələsi təsir elementinə çevrilir. ABŞ-da son baş verən hadisəyə Administrasiyanın və müvafiq dövlət qurumlarının məlum olaya reaksiyası da bu qənaətə gəlməyə əsas verir".

Hadisənin baş verdiyi gün ABŞ-da jurnalistlərlə bağlı digər qərar da diqqətçəkicidir. Yayılan məlumatlara görə, Amerika ordusunun komandirlərinə jurnalistləri cəzalandırmaq və onlara münaqişə iştirakçısı kimi yanaşmaq icazəsi verilib. Belə ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş yeni müharibə aparma qaydalar qəbul edib. Qaydalarda bildirilir ki, hərbi əməliyyatlar barədə reportajlar kəşfiyyat məlumatlarının toplanmasına və ya casusluğa çox oxşaya bilər.

Beləliklə, de-fakto casusluq fəaliyyəti ilə məşğul olan jurnalist saxlanılarkən "cəzalana" bilər. Lakin jurnalistlərə qarşı cəzanın təfərrüatları və tətbiqi barədə sənəddə ətraflı bəhs edilmir.

Beynəlxalq hüquqa görə, münaqişələrin üstünlüyə malik olmayan iştirakçılarına Cenevrə konvensiyasının müddəaları tətbiq edilmir və onlar ittiham irəli sürülmədən qeyri-müəyyən müddət saxlanıla bilər.

Bu məlumata isə şərh verməyə lüzum görmürük.

AzNews.az

 





28.08.2015    çap et  çap et