525.Az

Şida Kartlidə qeydə alınan helikopterlər Azərbaycana uçub


 

Şida Kartlidə qeydə alınan helikopterlər Azərbaycana uçub<b style="color:red"></b>

“Gürcüstanın Şida Kartli bölgəsi ərazisində görünən helikopterlər Türkiyə Silahlı Qüvvələrinə məxsusdur”.

APA-nın “apsny.ge” saytına istinadən verdiyi xəbər görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin rəsmi “Facebook” səhifəsində bildirilib.
 
“Rusiya helikopterlərinin Gürcüstan hava məkanını pozması barədə yayılan məlumat həqiqətə uyğun deyil. Şida Kartli regionunda qeydə alınmış helikopterlər Türkiyə Silahlı Qüvvələrinə məxsusdur və onlar Gürcüstanın icazəsi ilə Azərbaycan istiqamətində uçublar”.
 
Qeyd edək ki, Gürcüstan mediasında Rusiyaya məxsus 2 hərbi helikopterin Gürcüstan üzərindən uçması barədə xəbərlər yayılıb.

 





28.08.2015    çap et  çap et