525.Az

Əbülfəs Qarayev Goranboyda vətəndaşları qəbul edib


 

Əbülfəs Qarayev Goranboyda vətəndaşları qəbul edib<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Goranboy şəhərində Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, məsul işçilərin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi abidələrin təmir-bərpası, turizmin inkişaf etdirilməsi, mədəniyyət ocaqlarında ixtisaslı kadrlara tələbat, işlə təminat və digər məsələlərlə bağlı olub.
 
Ə. Qarayev müraciətlərdə yer alan məsələlərlə bağlı müvafiq göstərişlər verib.
 
Nazir jurnalistlərə müsahibəsində dövlət başçısının tapşırığı ilə yerlərdə mütəmadi olaraq keçirilən bu görüşlərin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, vətəndaşlarla birbaşa ünsiyyət bir çox məsələlərin operativ şəkildə həllinə kömək edir. Nazir yerlərdə əhalinin mədəniyyət və turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı təşəbbüskarlığını, fəal vətəndaş mövqeyini müsbət qiymətləndirib.
 
Qəbuldan sonra Əbülfəs Qarayev əsaslı təmir edilmiş Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi və Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olub, hər iki mədəniyyət müəssisəsinin fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlar verib.
 





28.08.2015    çap et  çap et