525.Az

Təhsil alan jurnalist övladlarına 500 dollar


 

Təhsil alan jurnalist övladlarına 500 dollar <b style="color:red"></b>

Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladları ilə bağlıdır.
 
Qərara əsasən AzərTAc Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə AzərTAc-ın  xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının  500 dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin etməlidir.
 
Bu qərar 2016-cı il 1 yanvar tarixindən qüvvəyə minir.

 





28.08.2015    çap et  çap et