525.Az

AŞ PA nümayəndələri Bərdəyə səfər ediblər


 

AŞ PA nümayəndələri Bərdəyə səfər ediblər<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan mərhum edilməsi” üzrə məruzəçisi  Militisa Markoviç Bərdə rayonunda olublar.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, onunla birgə həmin komitənin katibi Ayste Ramanauskayte, ekspert Styliani Lidia Vamvakeridou, məruzəçinin köməkçisi Adnan Beşiç, Milli Məclis Aparatının böyük məsləhətçisi, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin katibi Babək Ağayev də rayona səfər ediblər.

Qonaqları Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qəbul edib. Görüşdə Bərdə RİH-nin başçısı V. İsayev faktaraşdırıcı qrupa erməni işğalı altında olan Sərsəng su anbarı barədə ətraflı məlumat verib. O bildirib ki, su anbarından təyinatına görə istifadə edilmədiyi üçün cəbhəyanı 7 rayonun içməli və suvarma suyu ilə təminatı pozulur. Digər tərəfdən isə Ermənistan Sərsəngdən Azərbaycan tərəfinə təhdid kimi istifadə edir.
 
Militisa Markoviç rayonun suvarma suyu ilə təminatı sahəsində, sosial layihələrin həyata keçirilməsi ilə əlaqədar görüləcək işlərlə maraqlanıb. O, bu istiqamətdə qəbul olunacaq layihənin icrası üçün bütün tədbirləri görəcəyini və Sərsəng su anbarı ilə bağlı vəziyyətə beynəlxalq müşahidəçilərin diqqətinin cəlb edilməsinin məqsədə müvafiq olduğunu bildirib.
 





28.08.2015    çap et  çap et