525.Az

Rövnəq Abdullayev Rusiyaya gedir


 

Rövnəq Abdullayev Rusiyaya gedir<b style="color:red"></b> Sentyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində şelfin mənimsənilməsi (RAO/CİS Offshore) üzrə milli forum keçiriləcək.
 
“APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, forumda Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev və s. iştirak edəcəklər.
 
Qeyd edək ki, forum çərçivəsində 2 plenar iclas və 10 dəyirmi masa təşkil olunacaq. Konfrans iştirakçıları 250-dən çox hesabat dinləyə biləcək.
 
Yeri gəlmişkən, tədbir çərçivəsində təşkil ediləcək sərgidə Azərbaycan, Norveç, Almaniya, Finlandiya, Fransa, Çin, Sinqapur və digər ölkələrdən 220-dən çox şirkət təmsil olunacaq.
 
Xatırladaq ki, bu forum Arktik və kontinental şelfin mənimsənilməsi ilə bağlı ən mühüm tədbirlərdən sayılır.
 





28.08.2015    çap et  çap et