525.Az

İvanişvilinin Azərbaycana səfəri başlayıb (Yenilənib)


 

 İvanişvilinin Azərbaycana səfəri başlayıb<b style="color:red"> (Yenilənib)</b>

Gürcüstanın Baş naziri Bidzina İvanişvili dekabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında Gürcüstanın Baş naziri Bidzina İvanişvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.

Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Bidzina İvanişvili və Yaqub Eyyubov arasında qısa protokol söhbəti oldu.

 





26.12.2012    çap et  çap et