525.Az

Avropa Liqasında Çempionlar Liqası qrupu


 

Avropa Liqasında Çempionlar Liqası qrupu<b style="color:red"></b>

"Dörd ölkənin çempionundan təşkil olunmuş qrupdur. Bizim üçün çətin olacaq. Fəxr edirik ki, ardıcıl ikinci dəfə Avropamiqyaslı turnirin qrupunda oynayırıq".

Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun vitse-prezidenti Vadim Vasilyev Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

O, bu qrupdan çıxmaq imkanlarının olduğunu da bildirib.

Qeyd edək ki, "Monako" Avropa Liqasının J qrupunda "Qarabağ" "Tottenhem", "Anderlext" klubları ilə mübarizə aparacaq.

 





28.08.2015    çap et  çap et