525.Az

Brent markalı neftin qiyməti 50 dollar həddini keçib


 

Brent markalı neftin qiyməti 50 dollar həddini keçib<b style="color:red"></b> Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,66 dollar artaraq 45,22 dollar təşkil edib.
 
"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 2,49 dollar artaraq 50,05 dollar olub.
 
"Qara qızıl"ın sürətlə bahalaşmasına baxmayaraq, qərb analitikləri hesab edir ki, bu proses uzunmüddətli olmayacaq.
 





29.08.2015    çap et  çap et