525.Az

Asiya İnkişaf Bankı Gürcüstana 20 milyon həcmində vəsait ayırıb


 

Asiya İnkişaf Bankı Gürcüstana 20 milyon həcmində vəsait ayırıb<b style="color:red"></b>

Asiya İnkişaf Bankı Gürcüstana ayrılan 20 mln. dollar kredit həcmində vəsaiti təsdiq edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə AİB-nın Gürcüstandakı daim nümayəndəliyinin rəhbəri Keyti Culian bildirib.
 
Onun sözlərinə görə, ayrılan vəsait Batumi şəhərinin dənizkənarı sahil ərazisini möhkəmləndirməyə sərf olunacaq:
 
"Şəhər nəqliyyatı üçün davamlı investisiya proqramı çərçivəsində ayrılan dördüncü tranş kredit vəsaiti bütünlüklə eroziyaya uğrayan 5 kilometr dənizkənarı sahil ərazisini möhkəmləndirmək məqsədilə istifadə olunacaq"
 
Ətraf Mühitin Qiymətləndirilməsi sənədinə əsasən Batuminin cənub-qərb sahilinin erroziyaya uğraması nəticəsində təxminən 5 km sahil ərazisinə ziyan dəyib, bu xətt boyunca bir neçə ev uçub və əkin sahələri məhv olub.
 
Sənəddə qeyd olunub ki, əgər sahilbərkitmə işləri görülməsə, erroziya prosesi Batumi aeroportuna yaxın əraziyə də yayılacaq və turizmin inkişafına mənfi təsir göstərəcək.
 
Kommersiya resurslarından ayrılan maliyyə Gürcüstanın su təchizatı, kanalizasiya, yol və enerji infrastrukturunun yaxşılaşdırılmasına sərf olunacaq," AİB-nın Gürcüstandakı daim nümayəndəliyinin rəhbəri əlavə edib.

 





29.08.2015    çap et  çap et