525.Az

Merkel, Olland və Putin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər


 

Merkel, Olland və Putin Ukraynadakı vəziyyəti müzakirə edəcəklər<b style="color:red"></b> Yaxın günlərdə Almaniya kansleri Anqela Merkel, Fransa prezidenti Fransua Olland və Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutacaq.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya hökumətindəki mənbə bildirib.
 
Mənbəyə görə, Almaniya və Fransa liderlərinin təşəbbüsü ilə baş tutacaq telefon danışığında Ukraynadakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, adıçəkilən formatda tərəflər arasında son danışıqlar iyunun 22-də keçirilmişdi.
 





29.08.2015    çap et  çap et