525.Az

Türkiyə tarixində ilk dəfə qurulan keçici hökumət təsdiq edildi


 

Türkiyə tarixində ilk dəfə qurulan keçici hökumət təsdiq edildi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunu qəbul edib. 

Görüşdə baş nazir yeni hökumətdə təmsil olunan nazirlərin siyahısını prezidentə təqdim edib. 

Ərdoğanın təsdiqi ilə Türkiyə tarixində ilk dəfə keçici hökumət qurulub.

Görüşdən sonra prezidentin təsdiq etdiyi müvəqqəti Nazirlər Kabineti ictimaiyyətə təqdim olunub. 

Belə ki, CHP-dən Dəniz Baykal, Ərdoğan Toprak, Gülsün Bilgəhan, İlhan Kəsici, Təkin Bingöl, MHP-dən Kənan Tanrıkulu və Meral Akşənər və HDP-dən Ləvənt Tüzelin nazir təklifini rədd etdiyi keçici hökumətdə MHP-dən Toğrul Türkeş və HDP-dən Müslüm Doğan ve Əli Heydər Konca “Hə” deyib. 

Maraqlıdır ki, sabiq prezident Abdullah Gülün qurduğu 58-ci hökumət də daxil olmaqla, AKP-nin 13 illik iqtidarı ərzində bütün kabinetlərdə yer alan Əli Babacan millət vəkili olmadığı üçün yeni siyahıda yer almayıb. 

Əli Babacandan savayı baş nazirin müavini Bülent Arınç, Sosial Müdafiə naziri Faruk Çelik, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Kənd Təsərrüfatı naziri Mehdi Əkər, Gömrük naziri Nurəddin Cannikli, Mədəniyyət və Turizm naziri Ömər Çelik və Müdafiə naziri Vecdi Gönülün nazir postunun təsdiqlənməsi gözlənilir.

Modern.az

 





29.08.2015    çap et  çap et