525.Az

Bir milyard insan “Facebook”da


 

Bir milyard insan “Facebook”da<b style="color:red"></b>

“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ötən gün maraqlı bir statistika açıqlayıb.

Sosial şəbəkənin tarixində ilk dəfədir olaraq 1 milyard istifadəçi eyni vaxtda “Facebook”da olub. Sözügedən hadisə bazar ertəsi günü baş verib.

M.Zukerberq deyib ki, şəbəkədən istifadə edən hər 7 nəfərdən biri dostları və ya ailəsi ilə ünsiyyət qurmaq niyyəti ilə şəbəkəyə daxil olur.

Qeyd edək ki, sosial şəbəkənin milyardıncı istifadəçisi 2012-ci ilin noyabrında qeydiyyatdan keçib.

“Facebook” iyul ayında dünyadakı internet istifadəçilərinin yarısından çoxunun ən az bir dəfə şəbəkəni ziyarət etdiyini deyib.

Modern.az

 





29.08.2015    çap et  çap et